Ukraynanın Qərbi Azərbaycanlı pilotu - VİDEO

Ukraynanın Qərbi Azərbaycanlı pilotu - VİDEO

Hazırda oxunan: Ukraynanın Qərbi Azərbaycanlı pilotu - VİDEO

586685

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu “Kozak Drive” Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmış humanitar yardımı Samirə Səmədovaya və onun briqadasına təqdim ediblər.

Qeyd edək ki, Samirə Səmədova 1983-cü ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunda anadan olub. Ailəsinin 1988-ci ildə Ukraynaya köçməsi ilə bu ölkədə böyüyüb, təhsil alıb. Əvvəlcə Dnepropetrovsk vilayətində, sonra isə Nikolayev şəhərində yaşayıb. Ailəlidir, üç övladı var.

Müharibəyə qədər ukraynalı həyat yoldaşı ilə kiçik bizneslə məşğul olub. Genişmiqyaslı müharibə başlayan kimi ərazi özünümüdafiə hissəsinə yazılıb. Hazırda Ukraynanın Xerson-Nikolayev istiqamətində dəniz piyadaları briqadasında pilot-kommunikator kimi dron döyüşlərində iştirak edir. Ukrayna Silahlı Qüvvələrində yeganə azərbaycanlı qadın döyüşçüdür.

S.Səmədova 18 il kiçik ailə biznesi ilə məşğul olduqdan sonra 2014-cü ildə – Donbasda münaqişə başlayanda həmin əraziyə getdiyini bildirib:

“2022-ci ilə qədər könüllü kimi xidmət etdim. Həmin il fevralın 24-də müharibə başlayanda öz şəhərimdə ərazi müdafiə hissəsinə yazıldım. İndi Xersondakı döyüş briqadasında pilot-kommunikator vəzifəsindəyəm. Üç övladım var, həyat yoldaşım ukraynalıdır. Qərbi Azərbaycanı çox sevirəm, tarixi vətənimdir. Amma artıq bütün həyatımı Ukraynaya bağlamışam”.

Daha ətraflı BAKU TV-nin süjetində:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO