Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Hazırda oxunan: Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

586657

Moskvadan Antalyaya uçan Türkiyənin "Pegasus" aviaşirkətinə məxsus təyyarə əlverişsiz hava şəraiti səbəbindən Mersin şəhərindəki Çukurova hava limanına təcili eniş edib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin mülki aviasiya xəbər platforması "HavaSosyalMedya" məlumat yayıb.
 

Sinoptiklər əvvəllər bazar günü Antalyada güclü yağış, daşqın təhlükəsi və tufan ehtimalı barədə xəbərdarlıq ediblər.


Belə ki, "Pegasus"a məxsus "PC1577" reysini həyata keçirən "TC-NBO" qeydiyyat nömrəli "Airbus A320neo" təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən təyinat yerinə eniş edə bilməyib və Çukurovadakı alternativ aerodroma yönləndirilib.

Bölgədə güclü külək və yağışlı hava davam edir. Bu da təyyarənin Antalyaya enişini çətinləşdirir.

Qeyd edək ki, Mersinlə Antalya arasındakı məsafə 600 km-dən çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO