Ukrayna bu ərazini boşaldır

Ukrayna bu ərazini boşaldır

Hazırda oxunan: Ukrayna bu ərazini boşaldır

586648

Ukraynanın Sumı vilayətinin sərhəd kəndlərindən mülki əhalinin evakuasiyasına başlanılıb.

Bizim.Media xəbər verir ki, bunu Sumı vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib.

Sumının Krasnopolsk bölgəsindən əvvəllər evakuasiyadan imtina edən sakinlər təxliyə olunub. Oleq Qriqorov deyib ki, sərhədyanı kəndlərin sakinlərinin evakuasiyası yeganə düzgün seçimdir.
 

Qeyd edək ki, dekabrın 20-də Rusiya Ordusunun Krasnopolsk rayonunun sərhəddə yerləşən Qrabovsk kəndini nəzarətə götürməsindən sonra 50-yə yaxın yerli sakinin Rusiyaya aparıldığı barədə xəbərlər yayılıb.


Bu sakinlərin "filtrasiya tədbirləri" üçün Rusiyaya aparıldığı qeyd olunur. Eyni zamanda, jurnalistlər rus hərbi bölmələrinin Vısokiy və Ryasnoye kəndlərinə doğru hərəkət etdiyini və Ryasnoyedə hələ də mülki əhalinin olduğunu bildiriblər. Axşam saatlarında həmin kəndlərdən də evakuasiya başlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO