Peskov: “Putin Makronla dialoqa hazırdır”

Peskov: “Putin Makronla dialoqa hazırdır”

Hazırda oxunan: Peskov: “Putin Makronla dialoqa hazırdır”

586632

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla dialoqa hazırdır.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, mümkün dialoq hər iki tərəfin mövqeyini anlamaq cəhdi olmalıdır.

“Putin həmişə öz mövqelərini izah etməyə, həmsöhbətləri ilə ətraflı, səmimi və ardıcıl şəkildə dialoqa hazırdır”, - deyə Peskov bildirib.
 

Xatırladaq ki, dekabrın 19-da Makron Rusiya Prezidenti Vladimir Putinlə dialoqun bərpasının Avropa üçün faydalı ola biləcəyini bildirib.


Fransa lideri bu açıqlamanı Aİ ölkələri Ukraynaya 90 milyard avro ayırmaq barədə razılığa gəldikdən sonra verib. O hesab edir ki, qarşıdakı həftələrdə Avropa dövlətləri Rusiya ilə tam hüquqlu dialoqu yenidən başlatmaq üçün yollar və formatlar tapmalıdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO