Türkiyədə ağır yol qəzası baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Çanaqqala şəhərində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, daha 1 nəfər yaralanıb.
Yaralı xəstəxanaya çatıdırılıb.
Məlumata görə, qəzaya səbəb atomobillərdən birinin sürücüsünün yol hərəkəti qaydasını pozması olub. Belə ki, polisin "dayan" tələbinə tabe olmayan sürücü nəqliyyat vasitəsini dayanmadan idarə edib. Nəticədə avtomobil qarşıdan gələn nəqliyyat vasitəsisinin yoluna çıxaraq onunla toqquşub.



Bizim.Media


































































































