Türkiyədə daha bir PUA aşkar edildi - Rusiya istehsalı ola bilər… - VİDEO

Türkiyədə daha bir PUA aşkar edildi - Rusiya istehsalı ola bilər… - VİDEO

Hazırda oxunan: Türkiyədə daha bir PUA aşkar edildi - Rusiya istehsalı ola bilər… - VİDEO

586599

Türkiyədə növbəti Rusiya mənşəli güman edilən pilotsuz uçuş aparatı aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, dron boş sahədə tapılıb, partlamayıb və ətrafa zərər vurmayıb. PUA Ankaraya ekspertizaya göndəriləcək.

Ehtimal edilir ki, PUA uzaq müşahidə üçün nəzərdə tutulmuş rus kəşfiyyat dronu “Merlin-VR” ola bilər. Bu, Rusiyanın ən bahalı kəşfiyyat dronlarından biridir və qiyməti 300 min dollardan bahadır.

Xatırladaq ki, 19 dekabr tarixində də Türkiyədə rus hərbi nişanlı “Orlan” kəşfiyyat dronunun qalıqları tapılmışdı, həmçinin 15 dekabrda Türkiyə hərbçiləri Qara dəniz üzərində naməlum dronu ölkənin hava məkanına yaxınlaşmağa cəhd edərkən vurmuşdular.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO