Çinin ən şimal əyaləti olan Heylunszyanda dünyanın ən böyük buz-qar tematik parkı açılıb.
Bizim.Media xəbər veirr ki, parkın əsas simvolu 8 mərtəbəli bina hündürlüyündə olan qar adamıdır.
“Cənab Qar Adamı” adlandırılan bu nəhəng qar heykəli demək olar ki, 8 mərtəbəli bina boydadır. Onun hazırlanması üçün təxminən 5 min kubmetr qar istifadə olunub. Qar adamının hündürlüyü 23,8 metrdir.
“Bu hündürlük təsadüfi seçilməyib. Çin dilində 2, 3 və 8 rəqəmlərinin tələffüzü “dörd bir yana yayılan sevgi” kimi gözəl bir məna ilə assosiasiya olunur”, — deyə heyk’lin qurucuları bildiriblər.
Heykəlin hazırlanmasına əməkdaşların dörd gün davam edən gərgin işi sərf olunub. Qar adamının qurulmasını əks etdirən video qısa müddətdə viral olub və sosial şəbəkələrdə geniş yayılıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:45 / 20.12.2025
Çində çoxmərtəbəli bina hündürlüyündə qar adamı hazırlandı - VİDEO
Hazırda oxunan: Çində çoxmərtəbəli bina hündürlüyündə qar adamı hazırlandı - VİDEO
Hazırda oxunan: Çində çoxmərtəbəli bina hündürlüyündə qar adamı hazırlandı - VİDEO
586588
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































