Bu şəhərdə cəmi 18 dəqiqə gündüz OLACAQ

Bu şəhərdə cəmi 18 dəqiqə gündüz OLACAQ

Hazırda oxunan: Bu şəhərdə cəmi 18 dəqiqə gündüz OLACAQ

586558

Rusiyada və digər Şimal yarımkürəsində ilin ən qısa gün işığı saatları dekabrın 21-də gözlənilir.

Bizim.Media xəbər verir ki, Rusiya Elmlər Akademiyası Günəş-Yer Fizikası İnstitutunun baş elmi işçisi və İrkutsk Dövlət Universitetinin professoru Sergey Yazev TASS-a bildirib ki, Murmansk vilayətinin Polyarnıye Zori şəhərində gün işığı cəmi 18 dəqiqə davam edəcək.

Onun sözlərinə görə, Polyarnıye Zori şəhərində həmin gün cəmi 18 dəqiqə gündüz olacaq.
 

Qış fəslinin daxil olduğu günü Şimal yarımkürəsində gecə ən uzun müddətə çatır. Moskvada gecə təxminən 17 saat davam edəcək, işıqlı vaxt isə 7 saata qədər azalacaq. Artıq 22 dekabrdan etibarən gündüz saatlarının müddəti tədricən artmağa başlayacaq.


Eyni zamanda, Rusiya şəhərləri arasında ən uzun işıqlı gün Dağıstanın Dərbənd şəhərində qeydə alınacaq: burada günəş yalnız 9 saat 7 dəqiqədən sonra batacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO