Alimlər “3I/ATLAS” kometasında qəribə enerji sıçaryışı aşkarladılar

Alimlər “3I/ATLAS” kometasında qəribə enerji sıçaryışı aşkarladılar

Hazırda oxunan: Alimlər “3I/ATLAS” kometasında qəribə enerji sıçaryışı aşkarladılar

586537

Alimlər kosmik obyekt "3I/ATLAS"da eyri-adi enerji sıçrayışı aşkarlayıblar.

Bizim.Media bu barədə xarici KİV-ə istinadən xəbər verir.
 

Məlumata görə, "3I/ATLAS”ın Yerə maksimal yaxınlaşmasının hesablanmış anına cəmi 3 saat 20 dəqiqə qalmış Şuman rezonanslarında 25 Hz tezlikli siqnal qeydə alınıb.


“Onların ulduzlararası obyektin Yerə ən yaxın olduğu anla tam üst-üstə düşməsi, mənim fikrimcə, adi təsadüf sayıla bilməz ”,- “All Day Astronomy” nəşrinin astronom eksperti bildirib.

Qeyd edək ki, 19 dekabr tarixində ulduzlararası kometa “3I/ATLAS” Yerdən 270 milyon kilometr məsafədən keçib və hazırda ondan uzaqlaşır.
 

Mütəxəssislər “3I/ATLAS”ın meydana çıxmasını 2025-ci il iyulun 1-də müşahidə ediblər və həmin vaxtdan etibarən onun yaxınlaşmasını diqqətlə izləyiblər. Obyektin əsas xüsusiyyəti onun Günəş sisteminə kənardan daxil olmasıdır.


Bu, müşahidələr tarixində qeydə alınmış üçüncü ulduzlararası obyektdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO