“Tam aydın deyil, kim kimə hücum edib” — Orban Ukraynadakı müharibə HAQQINDA

“Tam aydın deyil, kim kimə hücum edib” — Orban Ukraynadakı müharibə HAQQINDA

Hazırda oxunan: “Tam aydın deyil, kim kimə hücum edib” — Orban Ukraynadakı müharibə HAQQINDA

586491

“Avropalılar evlərində sakitcə səhər yeməyi yeyir, qəhvə içir və düşünürlər ki, hücuma məruz qalmış kiçik bir ölkəyə kömək etmək nə dərəcədə mənəvi baxımdan doğrudur. Baxmayaraq ki, o ölkə əslində o qədər də kiçik deyil və ümumiyyətlə, kim kimə hücum edib — bu da tam aydın deyil. Hər halda, zorakılığa məruz qalmış ölkəyə biz indi kömək edirik və bu, bizə heç nəyə başa gəlmir. Amma sonda bunun bədəlini avropalılar ödəyəcəklər”.

Bizim.Media xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.

Orbanın sözlərinə görə, o, Ukrayna üçün Avropa İttifaqının kreditinə veto qoya bilərdi, lakin Budapeşt bu kreditin təmin edilməsində iştirak etməməsi üçün addım atıb ki, iri Aİ ölkələrinin təzyiqinə məruz qalmasın: “Sinəmizdə eyni anda alman, fransız və italyan çəkmələri dayanardı”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO