İŞİD liderini öldürmək üçün kəşfiyyat məlumatlarını ABŞ-a kim təhvil verib?

İŞİD liderini öldürmək üçün kəşfiyyat məlumatlarını ABŞ-a kim təhvil verib?

Hazırda oxunan: İŞİD liderini öldürmək üçün kəşfiyyat məlumatlarını ABŞ-a kim təhvil verib?

0:00
0:00
58639

İraq ordusu Suriyanın İdlib şəhərində İŞİD terror təşkilatının lideri Əbu İbrahim əl-Haşimi əl-Qüreyşinin məhv edilməsinə imkan verən məlumatları ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya təhvil verib. 

Bizim.Media xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələri Komandanlığının mətbuat katibi general Yəhya Rəsul bildirib.

“Əl-Qureyşinin məhv edilməsi əməliyyatı” İraq Milli Kəşfiyyat Təşkilatının koalisiyaya onun yeri barədə məlumat verməsindən sonra həyata keçirilib”, - deyə Rəsul bildirib.

ABŞ prezidenti Co Bayden Əl-Qureyşinin məhv edilməsi əməliyyatı haqda Ağ Evdə çıxış edib.

Bayden qeyd edib ki, Əl-Qureyşi 2019-cu ildə bu təşkilatın lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsindən sonra İŞİD-ə rəhbərlik edib. ABŞ prezidenti iddia edib ki, əməliyyat dinc əhali arasında itkiləri minimuma endirəcək şəkildə planlaşdırılıb. 

Ağ Ev rəhbəri bildirib ki, terrorçu Əl-Qureyişi “qorxaq davranıb”:

“O, ümidsizliyə qapılan yaxınlarının həyatı ilə maraqlanmayaraq, təkcə özünü deyil, uşaqların olduğu bütün mərtəbəni partlatmaq qərarına gəlib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO