ABŞ-da təyyarə qəzaya uğradı, ölənlər var - VİDEO

ABŞ-da təyyarə qəzaya uğradı, ölənlər var - VİDEO

Hazırda oxunan: ABŞ-da təyyarə qəzaya uğradı, ölənlər var - VİDEO

586294

ABŞ-nin Şimali Karolina ştatında, Steytsvill regional hava limanında eniş zamanı biznes-reaktiv təyyarə qəzaya uğrayıb və nəticədə güclü yanğın baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
 

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) xəbər verib ki, “Cessna C550” təyyarəsi cümə axşamı yerli vaxtla saat 10:20 radələrində Steytsvill regional hava limanına eniş zamanı qəzaya uğrayıb. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və FAA hadisə ilə bağlı araşdırma aparır.


Qəza nəticəsində həlak olanlar var. Onların sayı dəqiqləşdirilir.

Hava limanının saytında qeyd olunur ki, Steytsvill regional hava limanı “Fortune 500” siyahısına daxil olan şirkətlərə və bir neçə NASCAR komandasına korporativ aviasiya xidmətləri göstərir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO