ABŞ elektrik raket mühərriki ilə təchiz olunmuş disk formalı peykləri orbitə ÇIXARDI - VİDEO

ABŞ elektrik raket mühərriki ilə təchiz olunmuş disk formalı peykləri orbitə ÇIXARDI - VİDEO

Hazırda oxunan: ABŞ elektrik raket mühərriki ilə təchiz olunmuş disk formalı peykləri orbitə ÇIXARDI - VİDEO

586273

Amerikanın “Electron” raketi ABŞ Kosmik Qüvvələrinin maraqları çərçivəsində disk formasında olan dörd kiçik eksperimental “DISKSat” peykini orbitə çıxarıb.

Bizim.Media xəbər verir ki, bu barədə daşıyıcı raketin istehsalçısı “Rocket Lab” şirkəti məlumat verib.

“Don't Be Such A Square” adlı missiya çərçivəsində ABŞ Müdafiə Nazirliyi üçün perspektiv kosmik sistemlərin hazırlanması məqsədilə yeni texnologiyaların effektivliyi yoxlanılacaq.

Yeni tip “DISKSat” aparatları vasitəsilə diametri 1 metr, qalınlığı isə 2,5 sm olan, aşağı Yer orbitində istismar müddətini artırmaq üçün hazırlanmış unikal disk formalı peyk platforması sınaqdan keçiriləcək.
 

Standart kubsatlardan fərqli olaraq, disk formalı peyklər daha yüksək enerji təminatına malikdir. Öz konfiqurasiyası sayəsində bir dövrə ərzində 90 vat enerji əldə edə bilir. Onun bir səthində günəş panelləri və elektron avadanlıqlar üçün blok yerləşdirilib.


Beləliklə, “DISKSat” peyklərinə açılan günəş panellərinə ehtiyac yoxdur. Manevrlər üçün aparat elektrik raket mühərriki ilə təchiz olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO