Növbəti

Növbəti "Oskar" mükafatı laureatlarının adı fevralın 8-də açıqlanacaq

Hazırda oxunan: Növbəti "Oskar" mükafatı laureatlarının adı fevralın 8-də açıqlanacaq

0:00
0:00
58624

94-cü “Oskar” mükafatı laureatlarının adı fevralın 8-də canlı yayımla Amerika Kino Sənəti və Elmləri Akademiyasının rəsmi tviter səhifəsində açıqlanacaq.

Bizim.Media xəbər verir ki, ümumilikdə 23 nominasiya üzrə qaliblərin adını aktyorlar Tracee Ellis Ross və Leslie Jordan səsləndirəcək.

Martın 27-də baş tutacaq rəsmi mükafatlandırma mərasiminin isə aparıcısı hələlik məlum deyil.

Builki “Oskar” namizədlərinin müəyyən edilməsi üçün keçirilən səsvermə akademiyanın tarixində ən yüksək fəallığı ilə fərqlənib. Ümumilikdə 9500 üzvdən 9487-si səsvermədə iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO