Ktriç Nersisyanın (II Qaregin — red.) mümkün istefası ərəfəsində onun Rusiyaya qaçışı üçün hazırlıqlar görülür.
Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Rusiya güc strukturları Nersisyanın yaxın vaxtlarda Ermənistanda vəziyyətə nəzarəti saxlaya bilməyəcəyini proqnozlaşdırır və onun ya istefa verməyə, ya da ölkəni tərk etməyə məcbur qalacağını hesab edirlər. Bu halda elə bir ssenari üzərində işlənir ki, Ktriç Nersisyan katolikos taxt-tacından imtina etmir, katolikos statusunda Rusiyaya keçərək oradan kilsə idarəçiliyinin məsafədən həyata keçiriləcəyini bəyan edir.
Mənbələrin bildirdiyinə görə, ruhanilərin əhval-ruhiyyəsini yoxlamaq məqsədilə Ktriç Nersisyanın qardaşı Mkrtıç (Ezras) bir neçə gün əvvəl Moskvada din xadimlərinin toplantısını çağırıb və həmin ssenarini təqdim edib.
“Ruhanilərin əksəriyyəti bunun Erməni Apostol Kilsəsi üçün parçalanma yaradacaq addım olacağını, kilsənin bundan uzun müddət özünə gələ bilməyəcəyini bildirərək təəccübünü ifadə edib. Buna baxmayaraq, Ezras əsas alternativin məhz bu ssenari olduğunu, bunun müəyyən mənada (Rusiya xüsusi xidmət orqanları tərəfindən) diqtə edildiyini və icrası məcburi sayıldığını vurğulayıb”, — deyə erməni KİV-ləri yazır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:02 / 18.12.2025
II Qareginin Rusiyaya qaçışı hazırlanır?
Hazırda oxunan: II Qareginin Rusiyaya qaçışı hazırlanır?
Hazırda oxunan: II Qareginin Rusiyaya qaçışı hazırlanır?
586192
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































