Finlandiyada rusiyalı oliqarxın villasına həbs qoyuldu

Finlandiyada rusiyalı oliqarxın villasına həbs qoyuldu

Hazırda oxunan: Finlandiyada rusiyalı oliqarxın villasına həbs qoyuldu

586161

Finlandiya hakimiyyəti rusiyalı biznesmen Boris Rotenberqin Hanko şəhərində yerləşən villasına bir neçə min avro məbləğində əmlak vergisinin ödənilməməsi səbəbindən həbs qoyub.

Bizim.Media xəbər verir ki, bu barədə Yle teleradioşirkəti müsadirə işləri üzrə reyestrə istinadən məlumat yayıb.

Verginin ödənilməməsinin səbəbi Avropa sanksiyalarıdır: Aİ-nin sanksiya siyahısında olan Rotenberq Finlandiya banklarındakı hesablara pul köçürə bilmir. Biznesmenin hüquqi nümayəndəsi Mikko Mantere Yle-yə bildirib ki, villa ilə bağlı məsələ “baxılma mərhələsindədir” və məhdudiyyətlərin ləğv ediləcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO