ABŞ Prezidenti Donald Tramp bildirib ki, rəsmi Vaşinqton Venesuelanın oğurladığı neft hüquqlarını geri qaytarmaq niyyətindədir.
Bizim.Media xəbər verir ki, o, bu barədə dekabrın 17-də Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbət edərkən bildirib.
"Unutmayın, onlar bizim bütün enerji hüquqlarımızı əlimizdən alıblar. Çox keçmədən onlar bizim neft hüquqlarımızı da aldılar və biz onları geri qaytarmaq istəyirik. Onları qanunsuz olaraq əlimizdən aldılar", - ABŞ lideri deyib.
Xatırladaq ki, daha əvvəl ABŞ-nin dörd hərbi təyyarəsi mümkün hərbi münaqişə barədə xəbərlər fonunda Venesuela sahillərinin səmasına qaldırılıb. "Flightradar24" uçuşları izləmə xidmətinin məlumatlarına görə, söhbət "F/A-18E/F Super Hornet" qırıcısından, iki ədəd "Boeing EA-18g Growler" radioelektron döyüş təyyarəsindən və "E-2D Advanced Hawkeye" uzaq mənzilli radiolakasiya taktiki təyyarəsindən gedir.
Venesuela isə ABŞ ilə gərginlik fonunda BMT TŞ-nin iclasının çağırılması təşəbbüsü ilə çıxış edib.
Qeyd edək ki, ABŞ Senatının Nümayəndələr Palatası Venesuelaya qarşı hərbi əməliyyatlarla bağlı qətnaməni rədd edib.
Məlumat üçün bildirək ki, bəzi Qərb mənbələri Trampın bu gün xalqa müraciətində Venesuelaya müharibə elan edəcəyini yazmışdı. Lakin ABŞ lideri müraciətində Venesuela məsələsinə ümumiyyətlə toxunmayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:40 / 18.12.2025
Trampdan Venesuelaya müharibə XƏBƏRDARLIĞI – VİDEO
Hazırda oxunan: Trampdan Venesuelaya müharibə XƏBƏRDARLIĞI – VİDEO
Hazırda oxunan: Trampdan Venesuelaya müharibə XƏBƏRDARLIĞI – VİDEO
586143
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































