Ukrayna müflis olmaq həddindədir.
Bizim.Media xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Agentliyin məlumatına görə, BVF 2026 və 2027-ci illərdə Ukraynanın ümumilikdə 137 milyard avroya (160 milyard dollar) ehtiyac duyacağını qiymətləndirir.
Vəsaitlər yaz aylarınadək əldə edilməlidir.
“Bir şey tam aydındır: Avropa Şurasının işi çərçivəsində Ukraynanın növbəti iki il üçün maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etməliyik”, — deyə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu gün Avropa Parlamentinin deputatlarına bildirib.
Avropa Şurasının sədri, sammitə rəhbərlik edəcək Antoniu Koşta isə liderlərin razılaşma əldə olunana qədər danışıqları davam etdirəcəklərini, bunun bir neçə gün çəkməsi ehtimalının da istisna olmadığını qeyd edib.
Bizim.Media






































































































