Finlandiya baş naziri deputatların “irqçi” jestlərinə görə Şərqi Asiyadan ÜZR İSTƏDİ

Finlandiya baş naziri deputatların “irqçi” jestlərinə görə Şərqi Asiyadan ÜZR İSTƏDİ

Hazırda oxunan: Finlandiya baş naziri deputatların “irqçi” jestlərinə görə Şərqi Asiyadan ÜZR İSTƏDİ

586086

Finlandiyanın baş naziri çərşənbə günü Yaponiya, Çin və Cənubi Koreya vətəndaşlarından üzr istəyib. Buna səbəb sağçı koalisiya hökumətinə daxil olan populist “Finlər Partiyası”ndan olan bəzi deputatların sosial şəbəkələrdə Şərqi Asiya xalqlarına qarşı irqçi sayılan jestlərlə fotolar paylaşması olub.

Bizim.Media xəbər verir ki, bu barədə scmp.com saytı yazıb.
 

Sözügedən deputatlar fotolarda gözlərinin kənarlarını dartaraq, geniş şəkildə Şərqi Asiyalılara qarşı təhqiramiz və irqçi jest kimi qəbul edilən hərəkətlər ediblər. Bu paylaşımlar cəmiyyətdə ciddi narazılıq və beynəlxalq reaksiyalara səbəb olub.


Deputatlar iddia ediblər ki, həmin fotoları 2025-ci ilin “Miss Finlandiya”sı Sara Dzafceni dəstəkləmək məqsədilə yayıblar. Sara Dzafce noyabr ayında sosial mediada oxşar jestlə paylaşım etdiyinə görə ötən həftə titulundan məhrum edilmişdi.

Hadisə Finlandiyada irqçilik və siyasi məsuliyyət mövzusunda geniş müzakirələrə yol açıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO