Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə rəsmi səfərinin 2026-cı ildə baş tutacağı gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyənin diplomatik mənbəsi məlumat verib.
“Rusiya liderinə dəvət ən yüksək səviyyədə səsləndirilib. Bu səfəri gözləyirik və ümid edirik ki, gələn il reallaşacaq”, - deyə agentliyin həmsöhbəti bildirib.
O qeyd edib ki, səfərin tarixləri hələ müəyyənləşdirilməyib.
Qeyd edək ki, dekabrın 12-də Rusiya prezidenti mətbuat katibi Dmitri Peskov da Vladimir Putinin Türkiyəyə səfər etmək üçün qüvvədə olan dəvətinin olduğunu bildirmişdi. Onun sözlərinə görə, imkan yaranarsa, belə bir səfər təşkil olunacaq.
Bizim.Media



































































































