Avropa İttifaqı fevralın 7-də Vaşinqtonda keçiriləcək enerji sammitində müxtəlif tərəfdaşlarla enerji təchizatının şaxələndirilməsini müzakirə edəcək.
Bizim.Media RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu “Handelsblatt” qəzetinə müsahibəsində Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen deyib.
“Ümumiyyətlə, biz uzun müddətdir möhkəm münasibətdə olduğumuz təchizatçı ölkə Norveç də daxil olmaqla, hər kəslə danışırıq. Həmçinin Qətər, Azərbaycan və Misirlə. Təbii ki, bu işdə ABŞ da böyük rol oynayır. Fevralın 7-də Vaşinqtonda enerji sammiti keçirəcəyik”, - deyə siyasətçi bildirib.
AK rəhbərinin sözlərinə görə, enerji sahəsində strateji əməkdaşlıq ABŞ prezidenti Co Baydenlə başlayıb:
“Söhbət ilk növbədə mayeləşdirilmiş təbii qazdan gedir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:36 / 04.02.2022
ABŞ-da Azərbaycan qazının Qərbə tədarükü müzakirə ediləcək
Hazırda oxunan: ABŞ-da Azərbaycan qazının Qərbə tədarükü müzakirə ediləcək
Hazırda oxunan: ABŞ-da Azərbaycan qazının Qərbə tədarükü müzakirə ediləcək
58586
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.