Boy fərqi diqqət çəkdi: Meloni ilə Şapunun FOTOLARI sosial şəbəkələrdə viral oldu

Boy fərqi diqqət çəkdi: Meloni ilə Şapunun FOTOLARI sosial şəbəkələrdə viral oldu

Hazırda oxunan: Boy fərqi diqqət çəkdi: Meloni ilə Şapunun FOTOLARI sosial şəbəkələrdə viral oldu

585837

Romada İtaliyanın baş naziri Corcia Meloni ilə Mozambik prezidenti Daniel Şapu arasında görüş keçirilib. Görüşdə energetika, ticarət və əməkdaşlıq məsələləri müzakirə olunub.

Bizim.Media xəbər verir ki, lakin medianın diqqəti tezliklə rəsmi gündəmdən liderlər arasındakı nəzərəçarpan boy fərqinə yönəlib. Mozambik prezidentinin boyu 2,04 metr, İtaliya baş nazirinin boyu isə 1,58 metrdir.

Rəsmi görüşdən yayımlanan fotolar sosial şəbəkələrdə sürətlə viral olub. Uğurlu kadr almağa çalışan fotoqraflar müxtəlif çətinliklərlə üzləşiblər. Bəziləri çömbəlib, digərləri isə hər iki lideri eyni kadra salmaq üçün yerə uzanıblar. Bu anlar da sosial mediada zarafat dalğasına səbəb olub.

Basketbol həvəskarı olan Daniel Şapunun hündür boyu dünya liderləri ilə görüşlərdə əvvəllər də diqqət çəkib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO