Vladimir Putin Pekinə getdi – Pandemiyadan sonra Çinə İLK SƏFƏR - VİDEO

Vladimir Putin Pekinə getdi – Pandemiyadan sonra Çinə İLK SƏFƏR - VİDEO

Hazırda oxunan: Vladimir Putin Pekinə getdi – Pandemiyadan sonra Çinə İLK SƏFƏR - VİDEO

0:00
0:00
58582

Rusiya prezidenti Vladimir Putin Pekinə səfər edib. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu, Rusiya liderinin koronavirus pandemiyası başlayandan bəri Çinə ilk səfəridir.

Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakovun jurnalistlərə verdiyi məlumata görə, səfər proqramı bir gün üçün nəzərdə tutulub.
Rusiya dövlətinin başçısı Rusiya-Çin danışıqlarında iştirak edəcək, daha sonra Çin sədri Si Szinpinlə işgüzar naharda üz-üzə danışacaq. Həmin gün axşam saatlarında Rusiya lideri XXIV Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində qonaq qismində iştirak edəcək.

Gözlənilir ki, qarşıdan gələn danışıqlar ikitərəfli, regional və qlobal gündəlikdəki əsas məsələlərin hərtərəfli nəzərdən keçirilməsinə həsr olunacaq.

Uşakovun sözlərinə görə, nəticədə hökumətlərarası, idarələrarası və kommersiya sənədlərinin möhkəm paketinin imzalanması gözlənilir. İlkin hesablamalara görə, onların sayı 15-ə yaxın ola bilər və hamısı “Rusiya Federasiyası ilə Çin arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişafına töhfə verəcək”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO