ABŞ-ın Mayami şəhərində “Dollar Tree” adlı şəbəkə mağazasında dondurucu kamerada qadın meyiti tapılıb.
Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarının müəyyənləşdirdiyinə görə, ölən şəxs 32 yaşlı Elen Massiell Qaray Sançes olub. Onun cəsədi səhər saatlarında, mağaza açılışa hazırlanarkən növbədə olan işçilər tərəfindən tapılıb. Dərhal mağaza əməkdaşları polisə məlumat veriblər.
İstintaq müəyyən edib ki, qadın əvvəlki axşam mağazaya bağlanışa az qalmış daxil olub. O, heç bir alış-veriş etməyib və dərhal binanın arxa hissəsində yerləşən, soyuducunun olduğu xidməti zonaya yönəlib. İlkin məlumatlara görə, Sançes qəsdən orada gizlənib və bütün gecəni içəridə qalıb.
Hazırda hadisənin başvermə şəraiti araşdırılır. Detektivlər həlak olan qadının qohumları və tanışları ilə söhbətlər apararaq onun bu cür davranışının mümkün səbəblərini aydınlaşdırmağa çalışırlar. Hadisədə rol oynamış ola biləcək psixi sağlamlıq problemləri versiyasına xüsusi diqqət yetirilir.
Ölümün dəqiq səbəbləri məhkəmə-tibbi ekspertiza aparıldıqdan sonra müəyyən ediləcək. Araşdırma davam etdirilir. (Lent.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:55 / 16.12.2025
Mağazanın soyuducusunda qadın meyiti tapıldı
Hazırda oxunan: Mağazanın soyuducusunda qadın meyiti tapıldı
Hazırda oxunan: Mağazanın soyuducusunda qadın meyiti tapıldı
585780
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































