Avstraliyalı mütəxəssislər nəfəs verilən zaman çıxan havada koronavirusun olub-olmadığını müəyyən etməyə imkan verən cihaz yaradıblar.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı yerli “9News” telekanalı yayıb.
“Examine Holdings” texnoloji şirkətinin mütəxəssisləri adi alkotester əsasında nəfəs verilən zaman qayatarılan havada SARS-CoV-2-nin mövcudluğunu aşkar etməyə imkan verən cihaz yaratmağa nail olublar.
"Bu, istifadəsi çox asan bir cihazdır. Lazım olan tək şey cihazdakı xüsusi dəliyə beş saniyə ərzində nəfəs verməkdir. Tester tənəffüs edilən havanın tərkibində olan maddələrin təhlilini aparacaq və COVID-19 üçün analizin nəticəsini kodlaşdıraraq, QR kodu verəcək. Testin cavabını bir neçə dəqiqə sonra, QR kodu müvafiq cihazla oxuyaraq almaq olar”, - deyə şirkətin direktoru Kolin Hikki bildirib.
Cihazın ilkin sınaqlarında dəqiqliyin azı 98% təşkil etdiyi və onun koronavirusun mövcudluğunu infeksiyadan dərhal aşkar etməyə qadir olduğu görülüb.
Şirkət bu ilin martında test cihazının kütləvi istehsalına başlamağa ümid edir ki, 2022-ci il aprelin sonu və ya may ayının əvvəlində açıq satışa çıxsın.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:23 / 04.02.2022
Koronavirusu nəfəslə aşkar edən cihaz yaradıldı – Cavab bir neçə dəqiqəyə çıxır
Hazırda oxunan: Koronavirusu nəfəslə aşkar edən cihaz yaradıldı – Cavab bir neçə dəqiqəyə çıxır
Hazırda oxunan: Koronavirusu nəfəslə aşkar edən cihaz yaradıldı – Cavab bir neçə dəqiqəyə çıxır
0:00
0:00
58568
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.