ABŞ-ın Providens şəhərində yerləşən Braun Universitetinin ərazisində atışma qeydə alınıb, iki nəfər ölüb, 9 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı şəhərin meri Brett Smayli yayıb.
Məlumata əsasən, ölən və yaralananların hamısı Braun Universitetinin tələbələridir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması hələlik mümkün olmayıb. Araşdırmalar davam etdirilir.



Bizim.Media






























































































