Belarus Rusiya ilə təlimlərdə istifadə olunan bütün silahları alacaq

Belarus Rusiya ilə təlimlərdə istifadə olunan bütün silahları alacaq

Hazırda oxunan: Belarus Rusiya ilə təlimlərdə istifadə olunan bütün silahları alacaq

58470

Belarus Rusiya ilə birgə təlimlərdə iştirak edəcək bütün Rusiya hərbi texnikasını alacaq. 

Bizim.Media “Belta”ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. 

"Burada (təlimlərdə) olacaq demək olar ki, bütün avadanlıqları bu il, gələn il və s. almağı planlaşdırırıq", - deyə Lukaşenko bildirib. 

Belarus prezidenti izah edib ki, Belarus ordusu üçün hərbi texnika almaq istəyi dünyada yaranmış təlatümlü vəziyyətlə bağlıdır. 

Qeyd edək ki, bundan əvvəl Rusiya Belarusa orta və uzaq mənzilli “S-400 Triumf” hava hücumundan müdafiə sistemləri, “Pantsir-S” qısa mənzilli hava hücumundan müdafiə sistemləri və “Su-35” qırıcıları verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO