Aİ miqrasiya siyasətini SƏRTLƏŞDİRDİ

Aİ miqrasiya siyasətini SƏRTLƏŞDİRDİ

Hazırda oxunan: Aİ miqrasiya siyasətini SƏRTLƏŞDİRDİ

584539

Avropa İttifaqı (Aİ) ölkələrinin daxili işlər nazirləri mühacirlərin qəbuluna nəzarəti ciddi şəkildə gücləndirən və onların geri qaytarılması prosedurlarını sürətləndirən tədbirlər paketini təsdiq edib.

Bizim.Media xəbər verir ki, qərar Avropada sağçı partiyaların təsirinin artması fonunda qəbul olunub.

Avrokomissiya tərəfindən hazırlanmış və Avropa Parlamentində baxılacaq sənədlər aşağıdakıları nəzərdə tutur:

▪️ Sığınacaq müraciəti rədd edilmiş miqrantlar üçün Aİ sərhədlərindən kənarda “qaytarılma mərkəzlərinin” yaradılması;

▪️ İttifaq ərazisini tərk etməkdən imtina edən şəxslərə qarşı daha sərt tədbirlər, o cümlədən saxlanma müddətlərinin artırılması;

▪️ Miqrantların “üçüncü təhlükəsiz ölkələrə” geri göndərilməsi imkanı - hətta onlar həmin ölkənin vətəndaşı olmasalar belə.
 

Bundan əlavə, Aİ ölkələri “məcburi həmrəylik mexanizmi” üzərində razılığa gəliblər. Bu mexanizmin məqsədi üzv dövlətlər arasında azı 30 min sığınacaq axtaran şəxsin bölüşdürülməsidir.


Miqrant qəbul etməyə hazır olmayan ölkələr hər köçürülməyən müraciətçi üçün təxminən 23 min dollar məbləğində maliyyə ödənişi etməli olacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO