Trampa təqdim olunan heykəlciyin müəllifi: “Biz sübut etdik ki, Azərbaycan xalqı sülhpərvərdir” - FOTO

Trampa təqdim olunan heykəlciyin müəllifi: “Biz sübut etdik ki, Azərbaycan xalqı sülhpərvərdir” - FOTO

Hazırda oxunan: Trampa təqdim olunan heykəlciyin müəllifi: “Biz sübut etdik ki, Azərbaycan xalqı sülhpərvərdir” - FOTO

584331

Vəbər verildiyi kimi, ABŞ Prezidenti Donald Trampa FIFA Sülh Mükafatı laureatı kimi təqdim edilən “Düşüncələr və arzular” adlı bürünc heykəltəraşlıq əsəri tanınmış Azərbaycanın xalq rəssamları - Salxab Məmmədov və Əli İbadullayev tərəfindən hazırlanıb.

Bizim.Media xəbər verir ki, İTV-yə müsahibəsində S. Məmmədov azərbaycanlı heykəltəraşların ilin ən diqqətçəkən beynəlxalq tədbirlərindən birinin mərkəzində necə yer aldıqlarını danışıb.

O bildirib ki, müsabiqənin keçirildiyi barədə məlumat əldə etdikdən sonra heykəltəraşlar layihəni hazırlayaraq eskizi göndəriblər.

“Bizə xəbər çatdı ki, işimiz bəyənilib. Sonra layihəni tamamladıq və nəticədə Trampa təqdim edilən həm medal, həm də heykəlcik (statuetka) bizim layihəmiz əsasında hazırlandı”, – deyə o vurğulayıb.
 

Heykəltəraşlar etiraf ediblər ki, əsərin bu qədər böyük miqyasda təqdim olunacağını gözləmirdilər.


“Bu, bizim üçün böyük hadisədir. İşimizi uzun müddət efirdə göstərdilər, dünyanın ən böyük dövlətinin liderinə təqdim olundu. Digər tərəfdən, biz mədəniyyətimiz, sənətimiz, eskizimizlə sübut etdik ki, Azərbaycan xalqı sülhpərvərdir”.

Bu hadisə sənətkarları Azərbaycanın adını ölkə hüdudlarından kənarda tanıdacaq yeni əsərlər üzərində işləməyə ilhamlandırıb.

Qeyd edək ki, Kennedi Mərkəzi Mükafatlarının təqdimatı zamanı çəkilmiş fotolarda Trampın Oval kabinetdəki iş masasının üzərində həmin heykəlin olduğu görünür.
 

Heykəl parçalanmış Yer kürəsini saxlayan əlləri təsvir edir. Bu, müasir dünyanın kövrəkliyinin və insanların sülhü, həmrəyliyi və birliyi qorumaq məsuliyyətinin vizual metaforasıdır.


Eyni əsərin monumental versiyası BMT-nin Cenevrə ofisi yaxınlığında quraşdırılıb ki, bu da onun beynəlxalq əhəmiyyətini vurğulayır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO