Sümüklərin və qığırdaqların “cavanlaşması” üçün preparat YARADILDI

Sümüklərin və qığırdaqların “cavanlaşması” üçün preparat YARADILDI

Hazırda oxunan: Sümüklərin və qığırdaqların “cavanlaşması” üçün preparat YARADILDI

584328

Stenford Universitetinin alimləri oynaqlarda yaşla bağlı aşınmanın qarşısını ala bilən, 15-PGDH fermentinin fəaliyyətini zəiflədən eksperimental dərman hazırlayıblar.

Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri Science jurnalında dərc olunub.

Məlumdur ki, 15-PGDH fermentinin aktivliyi yaş artdıqca yüksəlir. Bu isə qığırdaq toxumasının dağılmasını sürətləndirir və osteoartrit xəstəliyinə səbəb olur. Yeni preparat həmin fermentin təsirini bloklayaraq qığırdağın qorunmasına kömək edir.
 

Heyvanlar üzərində aparılan sınaqlardan sonra alimlər insanlarda klinik müşahidələrə keçiblər. İlk nəticələr təsdiqləyib ki, insan qığırdağının strukturu həqiqətən də bərpa oluna və yenidən gənc, sağlam toxuma xüsusiyyətləri qazana bilər.


Tədqiqatın müəllifləri bildirirlər ki, davam edən klinik sınaqlar xüsusilə ön çarpaz bağ zədəsi kimi travmaların müalicəsində böyük əhəmiyyət daşıyır, çünki belə xəsarətlər çox vaxt oynaqlarda ciddi problemlərə gətirib çıxarır. (Mənbə: Qazeta.ru)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO