Pakistan ordusu Bəlucistan əyalətində təhlükəsizliyin təmin edilməsi əməliyyatı zamanı 12 terrorçunu məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İctimayyətlə Əlaqələr üzrə İdarələrarası Xidmət (ISPR) "X" sosial şəbəkə hesabında paylaşıb.
Məlumata görə, məhv edilmiş silahlılar hind qruplaşmalarından birinin üzvləri olublar.
Terrorçulardan silah, döyüş sursatı və partlayıcı maddələr götürülüb.

Bizim.Media

































































































