Rusiya cəbhədə bir neçə istiqamətdə irəliləyir - “The New York Times“

Rusiya cəbhədə bir neçə istiqamətdə irəliləyir - “The New York Times“

Hazırda oxunan: Rusiya cəbhədə bir neçə istiqamətdə irəliləyir - “The New York Times“

584282

Ukraynada döyüş meydanında yaranan durum getdikcə ağırlaşır və Rusiya Ordusunun bir neçə istiqamətdə irəliləyişi Moskvanın danışıqlarda daha sərt mövqe tutmasına imkan yaradır.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times“ yazıb.

Qeyd edilib ki, bu dinamika Rusiya Prezidenti Vladimir Putinə sülh planında hər hansı güzəştdən imtina etmək üçün əlavə əsas verir.

Finlandiyanın “Black Bird Group” təşkilatının hərbi analitiki Emil Kastexelmi bildirib ki, “rusların real üstünlüyü var” və bu, Kiyevi müdafiədə daha çətin vəziyyətə salır. Onun sözlərinə görə, Ukrayna kapitulyasiyaya hazır olmasa da, “o qədər zəif görünür ki, ruslar tələblər irəli sürə biləcəklərinə inanırlar”.
 

Son həftələr döyüş xəritələri, mütəxəssislərin qiymətləndirmələri və cəbhədəki hərbçilərin müşahidələri Rusiyanın bir neçə istiqamətdə irəliləyiş əldə etdiyini təsdiqləyir. Yazıda Rusiya Ordusunun Pokrovskda uğurlarına toxunulur, qeyd edilir ki, Mirnoqradu demək olar ki, mühasirəyə alıb.


Eyni zamanda Zaporoje istiqamətində irəliləmə sürətlənib, Kupyansk və Seversk ətrafında da rusların uğurları var. Kastexelmi vəziyyəti belə dəyərləndirib:

“Ukrayna üçün gələcək çox qaranlıq görünür. Mən bu vəziyyətdən aydın çıxış yolu görmürəm”.

“The New York Times“ yazıb yazır ki, vəziyyət payızdan etibarən Ukraynanın ziyanına dəyişməyə başlayıb. Ukraynalı PUA operatoru İqorun sözlərinə görə, sentyabrdan müdafiə xətti “yorğunluqdan çökməyə başlayıb”. O bildirib ki, Rusiya Ordusu “Molniya” dronları və partlayıcılarla yüklənmiş mini-kamikadze PUA-ların dalğalarını tətbiq edir, Ukraynada isə belə silahlar yoxdur.

Pokrovskla yanaşı, Rusiya qüvvələri Donetsk vilayətinin digər strateji ərazilərinə – Konstantinovka və Limana da təzyiqi artırır. Liman yaxınlığında xidmət edən ukraynalı kapitan Oleqin sözlərinə görə, Rusiya hücumları “daimi” xarakter daşıyır və “bütün istiqamətlərdən” həyata keçirilir.

“Son iki ayda döyüşlərin intensivliyi açıq şəkildə artıb”, – o deyib.

Pokrovsk isə qarşıdurmanın episentri olaraq qalır. Ukrayna Milli Qvardiyasının 14-cü operativ briqadasının hərbçisi Maksim Bakulin bildirib ki, bir il əvvəl “canlı” olan şəhərin küçələrində indi “mülki və hərbi şəxslərin cəsədləri qarışır və onları evakuasiya etmək mümkün deyil”.
 

Pokrovsk uğrunda döyüşlər final mərhələsinə yaxınlaşdıqca qonşu Mirnoqradda gərginlik artır. Ukraynalı bölük komandiri Oleq qeyd edib ki, Rusiya hər gün hücum edir və dronlar yolları “ölüm tələsinə” çevirib: “Gündüz də, gecə də nəfəs almağa imkan vermirlər”.


Mütəxəssislər bildirirlər ki, qış hava şəraiti hər iki tərəfin irəliləyişini müəyyən qədər zəiflədə bilər. Dronların geniş tətbiqi isə piyada hücumlarının miqyasını daha da məhdudlaşdırır.

Bununla belə, “The New York Times” yazır ki, Rusiyanın insan ehtiyatı çoxdur və o, “ət dəyirmanı” kimi təqdim edilən ağır itkilərlə müharibəni davam etdirməyə hazır görünür.

Kastexelmi vəziyyəti belə yekunlaşdırır:

“Rusiya tükəndirmə müharibəsi aparmaq öhdəliyini götürüb və indi Ukraynanı yavaş-yavaş, hərbi yolla çökdürməyə çalışır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO