KQB agentləri açıqlanacaq

KQB agentləri açıqlanacaq

Hazırda oxunan: KQB agentləri açıqlanacaq

58425
Ukrayna Təhlükəsizlik Xidməti öz arxivini açmaq niyyətindədir.

ANS PRESS-in məlumatına görə, bu barədə idarə rəhbərinin müşaviri Markiyan Lubkovski açıqlama verib.

"Biz bütün arxivləri işıq üzünə çıxarmağa və ictimaiyyəti məlumatlandırmağa hazırıq. Kimlər Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) agenti olub, kimlər olmayıb. Bunları açıqlamaq niyyətindəyik", deyə Markiyan Lubkovski bildirib.

Qeyd edək ki, Ukrayna Ali Radası üçüncü cəhddən lüstrasiya qanunu kimi tanınan hakimiyyətin təmizlənməsi haqqında qanunu qəbul edib. Hakimiyyətin təmizlənməsi haqqında qanun (lüstrasiya qanunu) istənilən şəxsin hər-hansı hakimiyyət orqanında vəzifəyə təyin edilməsi məsələsinə baxıldıqda müvafiq yoxlama prosedurunun aparılmasını nəzərdə tutur
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO