Çadda keçirilən toy mərasimində qonağın havaya atəş açmaq istəyərkən təsadüfən bəyi vurması kütləvi qanlı toqquşmaya səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.
Hadisə noyabrın 28-də Batha regionunun Amdirib kəndində baş verib.
Motosikletlə mərasimə gələn qonaq avtomat silahla havaya atəş açmağa cəhd edib. Nəticədə güllə bəyin sinəsinə dəyib.
Bəzi məlumatlara görə, bəy xəstəxanaya çatdırılsa da, yolda ölüb; digər mənbələr hadisə yerində öldüyünü bildirir.
Bəyin qohumlarının qəzəbi iki ailə arasında qarşıdurmaya çevrilib. Nəticədə 57 nəfər həyatını itirib. Çadda kənd yerlərində toyda havaya atəş açmaq ənənəsi xəbərdarlıqlara baxmayaraq hələ də davam edir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media































































































