İran yeni uzaqmənzilli raket İSTEHSAL ETDİ

İran yeni uzaqmənzilli raket İSTEHSAL ETDİ

Hazırda oxunan: İran yeni uzaqmənzilli raket İSTEHSAL ETDİ

584208

İran Fars körfəzinin uzunluğundan daha uzun - 1375 kilometrdən çox uzaqmənzilli raketin sınağını elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Dəniz Qüvvələrinin komandanı admiral Təngsiri dövlət televiziyasına müsahibəsində danışıb.

O, raketin buraxılışdan sonra nəzarət də daxil olmaqla, “unikal imkanlara” malik olduğunu bildirib.

Təngsiri qeyd edib ki, Fars körfəzi və Hörmüz boğazında keçirilən son təlimlər zamanı SEPAH yeni müdafiə və hücum raketləri, o cümlədən yerli istehsal olan yüksək dəqiqliyə malik ballistik sistemlər nümayiş etdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO