Melaniya Tramp diqqətləri yenə də üzərinə çəkməyi bacardı- FOTO

Melaniya Tramp diqqətləri yenə də üzərinə çəkməyi bacardı- FOTO

Hazırda oxunan: Melaniya Tramp diqqətləri yenə də üzərinə çəkməyi bacardı- FOTO

584152

Amerika Birləşmiş Ştatlarının birinci xanımı Melaniya Tramp, əri Donald Trampla birlikdə, ailə dostu olan məşhur italyan müğənnisi Andrea Boçellinin Ağ Evdə verdiyi eksklüziv və özəl konsertində iştirak edib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, konsert Ağ Evin Şərq otağında baş tutub və konsertdə yalnız seçilmiş qonaqlar iştirak edib. Axşam tədbiri üçün birinci xanım məşhur moda evi “Valentino”-dan zərif qara italyan donunu seçib.
 

Melaniya Tramp zərif görünürdü. Donunda monoxromatik olsa da, yenə də bir unikal detal var idi - məşhur dəniz dibi dizaynında yaxalıqda torlu əlavə... Melaniya həmçinin donunu qara tuflilərlə qızılı tokalar, axşam makiyajı və özünəməxsus saç düzümü ilə uyğunlaşdırdı.


Konsertdən sonra Andrea Boçelli Tramp ailəsinin təşkil etdiyi şam yeməyinə həyat yoldaşı Veronika Berti ilə qatılıb.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO