Qonşu ölkədə ölümcül virus YAYILDI – Azərbaycana keçə BİLƏR?

Qonşu ölkədə ölümcül virus YAYILDI – Azərbaycana keçə BİLƏR?

Hazırda oxunan: Qonşu ölkədə ölümcül virus YAYILDI – Azərbaycana keçə BİLƏR?

583848

İranda H3N2 qripiylə bağlı vəziyyət kəskinləşib. Hormozqan əyalətində H3N2 qripindən ilk ölüm hadisəsi qeydə alınıb.

Qeyd edək ki, H3N2 qripi — A tipi influenza virusunun bir alt növüdür və hər il mövsümi qriplərin əsas səbəblərindən biridir. Bu virus xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan insanlar üçün daha risklidir. H3N2 adi qripə çox bənzəyir, lakin adətən daha ağır keçir. BU infeksiya zamanı yüksək hərarət, öskürək, boğaz ağrısı, baş və əzələ ağrıları, ümumi halsızlıq, burun axması, bəzən mədə-bağırsaq simptomları əlamətləri müşahidə edilir.

İctimaiyyətə maraqlıdır ki, qonşu ölkədəki bu virus Azərbaycanda da qeydə alınıb?

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məsələylə bağlı Bizim.Media-ya bildirilib ki,  hazırda ölkə ərazisində epidimioloji vəziyyət nəzarət altındadır.

“Mövsümlə əlaqədar olaraq ümumi respirator virus infeksiyalarının artımı müşahidə oluna bilər və bu məqsədlə bütün müraciət edən xəstələrə epidemioloji nəzarət gücləndirilmiş qaydada aparılır”.

Açıqlamada qeyd olunub ki, qripəbənzər və ya ağır respirator simptomlarla tibb müəssisələrinə müraciət edən şəxslərdən nümunələr götürülərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin virusoloji laboratoriyasında müayinə edilir.

“Mövsümi qrip virusları aşkarlanarsa, xəstə klinik vəziyyətinə uyğun olaraq müalicə aldığı müvafiq tibb müəssisəsində nəzarətə götürülür.

Qeyd edək ki, ölkədə hər il qripə qarşı vaksinasiya aparılır. Fürsətdən istifadə edib xüsusi olaraq risk qrupuna aid şəxsləri – səhiyyə işçiləri, hamilə qadınlar, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı insanları –peyvəndləməyə çağırırıq.

Qripə qarşı vaksinasiya ödənişsizdir. Yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.

Eyni zamanda, respirator infeksiyalardan qorunmaq üçün əl gigiyenası, qapalı məkanlarda maskadan istifadə, xəstəlik əlamətləri olduqda izolyasiya kimi tədbirlərə əməl olunması tövsiyə olunur”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO