Almaniyanın Qəzzadan gətirilən uzunqulaqlara sığınacaq verməsinə Elmar Məmmədyarovdan REAKSİYA

Almaniyanın Qəzzadan gətirilən uzunqulaqlara sığınacaq verməsinə Elmar Məmmədyarovdan REAKSİYA

Hazırda oxunan: Almaniyanın Qəzzadan gətirilən uzunqulaqlara sığınacaq verməsinə Elmar Məmmədyarovdan REAKSİYA

583844

Almaniya Qəzzadan gələn 8 eşşəyə sığınacaq verib. Bu addım fonunda Almaniyanın Qəzzadan gələn insanlar və heyvanlarla bağlı fərqli siyasəti müzakirələrə səbəb olub.

Ən acınacaqlısı da odur ki, bir müddət əvvəl rəsmi Berlin təhlükəsizlik səbəbi ilə fələstinli körpənin ölkəyə müalicə üçün girişinə icazə verməmişdi. Almaniya hakimiyyəti bu qərarı fələstinli körpənin "təhlükəsizlik üçün zəiflik yarada biləcəyi" ilə əsaslandırmışdı.

Bundan əlavə, Almaniya son iki ildə Qəzzadan yalnız iki uşağı tibbi müalicə üçün qəbul edib.

Ona görə də 2023-cü ildən bəri Qəzzadan gətirilən səkkiz eşşəyə Almaniyada sığınacaq verilməsi beynəlxalq ictimaiyyətin qınağına səbəb olub.

Məsələylə bağlı Bizim.Media-ya danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Almaniya hökumətinin bu qərarı ağılasığmaz bir addımdır:

“Hər kəs bilir ki, münaqişə bölgəsində insanlar, xüsusilə də uşaqlar aclıqdan və xəstəliklərdən əziyyət çəkirlər. Bu dəhşətli mənzərənin fonunda Almaniya hökumətinin insanlara yox, heyvanlara diqqət göstərməsi təəssüf doğurur.

Əslində burada təəccüblü bir şey yoxdur. Qərb bir çox məsələlərə ikili münasibət göstərir. Mən uzun müddətli diplomatik fəaliyyətimdə bunu aydın şəkildə görmüşəm ki, Qərb ədalətdən danışsa da, son nəticədə öz maraqlarından çıxış edib. Ona görə də almanların xəstə uşağa yox, eşşəklərə sığınacaq verməsi məni təəccübləndirmir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO