Rusiya Telman İsmayılova görə Monteneqronu cəzalandırdı

Rusiya Telman İsmayılova görə Monteneqronu cəzalandırdı

Hazırda oxunan: Rusiya Telman İsmayılova görə Monteneqronu cəzalandırdı

0:00
0:00
58299

Rəsmi Moskva azərbaycanlı iş adamı Telman İsmayılova sığınacaq verdiyi üçün Monteneqro Daxili İşlər Nazirliyinin dövlət katibinin ölkəyə girişinə qadağa qoyub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

“Fevralın 2-də Monteneqronun Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçin Rusiya Federasiyasına girişinə qadağa qoyulması ilə bağlı Monteneqronun Rusiya Federasiyasındakı səfirliyinə nota göndərilib.

Bu tədbir Monteneqro hakimiyyətinin 2021-ci ilin oktyabrında atdığı qeyri-dost addıma - Rusiya Federasiyasının vətəndaşı T.M.İsmailova siyasi sığınacağın verilməsinə cavabdır.

Rusiya Federasiyasının ərazisində xüsusilə ağır cinayətlər törətdiklərinə görə o, İnterpol xətti ilə beynəlxalq axtarışa verilib”, deyə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO