Rusiyada saxlanılan soydaşlarımızla bağlı QƏRAR VERİLDİ - FOTO

Rusiyada saxlanılan soydaşlarımızla bağlı QƏRAR VERİLDİ - FOTO

Hazırda oxunan: Rusiyada saxlanılan soydaşlarımızla bağlı QƏRAR VERİLDİ - FOTO

582725

Sverdlovsk vilayət məhkəməsi qətldə iştirakda ittiham olunan Ayaz Səfərov, Bakir Səfərov və Kamal Səfərovu 29 dekabradək həbsdə saxlanması barədə qərarı qüvvədə saxlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti məhkəmələrinin mətbuat xidməti məlumat yayıb. 

Bundan başqa, həbsindən şikayət verməyən Məzahir Səfərov da 29 dekabradək İstintaq Təcridxanasında qalacaq.

24 noyabrda Sverdlovsk vilayət məhkəməsi səs-küylü cinayət işi üzrə digər şəxslərin — Əziz Abasov, Əhliman Gəncəyev, Şahin Lalayev və Akif Səfərovun apellyasiya şikayətlərini araşdırmalı idi. Lakin məhkəmə kartotekasına əsasən, iclasın təxirə salınmasına səbəb onların lazımi qaydada xəbərdar edilməməsi olub.

Qeyd edək ki, istintaqın versiyasına görə, Azərbaycan əsilli şəxslər 2001, 2010 və 2011-ci illərdə yerli sahibkarların qətlə yetirilməsi və onlara sui-qəsddə iştirak ediblər.

Şahin Lalayev, Kamal Səfərov və Əziz Abasovun daxil olduğu iddia edilən qrupun üzvləri bu ilin yayında həbs olunublar. Onlar özlərini təqsirli bilmirlər. Bundan əlavə, həbs olunanlar arasında Əhliman Gəncəyev, Bakir Səfərov və qardaşlar Məzahir, Akif və Ayaz Səfərovlar da var. 

“Kommersant”ın məlumatına görə, əməliyyat çərçivəsində ümumilikdə 14 azərbaycanlı saxlanılıb, onların bir qismi sonradan sərbəst buraxılıb, iki nəfər isə dünyasını dəyişib.

Bundan əvvəl Yekaterinburqun Verx-İset rayon məhkəməsi Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin 30 dekabradək həbsdə saxlanması barədə qərar qəbul etmişdi. O, qəsdən adam öldürməyə cəhddə (RF Cinayət Məcəlləsi, maddə 105, hissə 2) ittiham olunur. Onun oğlu Mutvalı Şıxlinski isə hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmədə ittiham edildiyi üçün həbs edilib.



Xatırladaq ki, həbs olunan Bakir Səfərov hipertoniya xəstəliyindən əziyyət çəkir və daimi tibbi dərman təminatına ehtiyacı var. Bu barədə mediaya onun qardaşı Seyfəddin Hüseynli bildirib.

“Əvvəlcə ona tibbi müayinə göstərilmirdi, lakin Azərbaycan tərəfinin müdaxiləsindən sonra lazım olan tibbi yardım göstərildi və dərman verilməsinə də icazə verildi”, deyə o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO