“Əgər Kiyev Ukraynanın mövcud sərhədlərini qorumaq istəyirsə, mütləq razılaşmaya getməli, danışıqları sabotaj etməməlidir”.
Bizim.Media “RBK.ua”ya istinadla xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr
Lukaşenko bildirib.
O qeyd edib ki, ABŞ-ın sülh planında Ukraynanın razılıq verə bilməyəcəyi məqamlar yoxdur.
Belarus lideri həmçinin vurğulayıb ki, Ukrayna hələlik dənizə çıxışa malikdir: “Kiyev hələlik Odessa ilə Nikolayevə nəzarət edir, amma bu, bir anda dəyişə bilər”.
Lukaşenko həmçinin Ukraynada müharibənin yaxın zamanda başa çatacağına inandığını deyib.
Qeyd edək ki, ABŞ ötən həftə Ukrayna münaqişəsinin həlli ilə bağlı 28 bəndlik sülh planı təklif edib. Lakin danışıqlar prosesi çərçivəsində bəzi müddələr sənəddən çıxarılıb. ABŞ Prezidenti Donald Tramp noyabrın 26-da bildirib ki, Vaşinqtonun Ukrayna münaqişəsinin həlli üçün təqdim etdiyi plan 28 maddədən 22-yə endirilib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə Moskvanın sülh danışıqları ilə bağlı əsas məsələlərdə kompromisə getmək niyyətində olmadığını vurğulayıb.
Bizim.Media
































































































