Türkiyəli nazir: 2029-2030-cu illərdə Zəngəzur dəhlizindən fəal istifadə edə biləcəyik

Türkiyəli nazir: 2029-2030-cu illərdə Zəngəzur dəhlizindən fəal istifadə edə biləcəyik

Hazırda oxunan: Türkiyəli nazir: 2029-2030-cu illərdə Zəngəzur dəhlizindən fəal istifadə edə biləcəyik

582665

Zəngəzur dəhlizinin açılması Orta Dəhliz boyunca yük daşımalarının həcmini artıracaq.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz marşrutu artıq malların Çindən Böyük Britaniyaya 18 günə çatdırılmasına imkan verir ki, bu da dəniz yük daşımalarından xeyli qısadır.
 

“Yüklər Xəzər dənizi vasitəsilə Bakıya, daha sonra isə Tbilisiyə və Türkiyəyə daşınır. Zəngəzur dəhlizindən Orta Dəhlizin mühüm alternativ halqası kimi istifadə etməklə yükdaşıma potensialının əhəmiyyətli dərəcədə artırılması mümkün olacaq”, - deyə Türkiyənin nəqliyyat naziri bildirib.


Nazir Qarsdan Naxçıvan Muxtar Respublikası ilə sərhədə qədər 224 kilometrlik dəmir yolunun tikintisinə başlanmasına diqqət çəkib:

“Naxçıvanla sərhədə qədər dəmir yolunun tikintisi təxminən dörd il çəkəcək. Yəni, bu o deməkdir ki, 2029-2030-cu illərdə biz Zəngəzur dəhlizindən fəal istifadə edə biləcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO