Rusiya Şahin Şixlinskini niyə azad etmir? - Qohumundan AÇIQLAMA

Rusiya Şahin Şixlinskini niyə azad etmir? - Qohumundan AÇIQLAMA

Hazırda oxunan: Rusiya Şahin Şixlinskini niyə azad etmir? - Qohumundan AÇIQLAMA

582636

Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulması məsələsi ilə bağlı Şahin Şıxlınskinin istintaqı və saxlanılması birbaşa əlaqəlidir.

Bizim.Media xəbər verir ki, bu fikirləri modern.az-a açıqlamasında Şahin Şıxlinskinin qohumu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib.

“Sözün düzü, bir müddətdir Bakıda deyildim, ona görə də Şahin Şıxlinski ilə bağlı yeniliklərdən xəbərsizəm.

Lakin, Şahin Şıxlınskinin məhkəməsi əvvəlcə dekabrın sonlarına təyin olunmuşdu. İndi bilmirəm, tarixi irəli çəkiblər, yoxsa yox. Şahin Şıxlınski də, oğlu Mutvalı da hazırda saxlanılır”.

Onun sözlərinə görə, Şahin Şıxlınski girov kimi saxlanılır:

“Görünür, müəyyən tələblər irəli sürülür. Bir vaxtlar “Sputnik”in iki rəhbəri, eləcə də Moskva Akademik Satira Teatrının 20 illik direktoru olmuş Məmmədəli Ağayevi saxlanılmışdı. İndi “Sputnik”dəki şəxslərdən biri azad edilib, Satira Teatrının sabiq direktoru da buraxılıb.
 

“Sputnik” rəhbərlərindən biri isə hələ də ev dustaqlığındadır. Bir tərəfdən də Şahin Şıxlınski saxlanılır. Müşahidə edilən odur ki, müəyyən mübadilə və ya şərt məsələləri gündəmdədir. Rusiya təhqiqatın nəticələrini necə elan edəcəksə, proses də ondan asılı olacaq”,- deyə E.Şıxlı qeyd edib.


Xatırladaq ki, avqust ayında Moskvanın Basmannı Məhkəməsi “Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini qiyabi həbs edib. O, Moskvada könüllü şəkildə təslim olub və oradan Yekaterinburqa aparılıb.

Şahin Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb.

O, Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) və 105-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə axtarışa verilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO