ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, onun xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşner gələn həftə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəklər.
Bizim.Media xəbər verir ki, ABŞ lideri bunu Floridaya gedərkən təyyarədə jurnalistlərlə söhbətində bildirib.
Trampın sözlərinə görə, Kuşner Ukraynada sülh prosesində iştirak edir və Uitkoffla birlikdə danışıqlar üçün Rusiyaya “yüksək ehtimalla” səfər edəcək.
“Məncə, onlar gələn həftə Moskvada Prezident Putinlə görüşəcəklər”, – deyə ABŞ Prezidenti qeyd edib.
Bizim.Media































































































