Trampın “sülh planı”ndan rusiyalıların hərbi cinayətlərə görə amnistiyası və Ukrayna ordusunun sayının məhdudlaşdırılması ilə bağlı bəndlər çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “ABC News” nəşri yazıb.
Bundan əvvəl “Financial Times” planın 19 bəndə qədər ixtisar edildiyini yazmışdı. Bloomberg məlumatına görə, Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin ABŞ-a verilməsi barədə təklif də sənəddən çıxarılıb.
ABC və CNN-in yazdığına əsasən, dünən və bu gün BƏƏ-də ABŞ ordusunun naziri Den Driskoll ilə Rusiya nümayəndə heyəti arasında danışıqlar keçirilib. Bu danışıqlarda planın dəyişdirilən və ya çıxarılan məqamları müzakirə olunur.
Bu görüşlər sülh planının yenilənməsi, bəzi maddələrin yumşaldılması və sənədin daha real və qəbulolunan formaya salınması məqsədi daşıyır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:09 / 25.11.2025
Trampın “sülh planı”ndan bu bəndlər ÇIXARILDI
Hazırda oxunan: Trampın “sülh planı”ndan bu bəndlər ÇIXARILDI
Hazırda oxunan: Trampın “sülh planı”ndan bu bəndlər ÇIXARILDI
582275
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































