Azərbaycanlı yeniyetmə namaza görə polisi bıçaqladı - VİDEO

Azərbaycanlı yeniyetmə namaza görə polisi bıçaqladı - VİDEO

Hazırda oxunan: Azərbaycanlı yeniyetmə namaza görə polisi bıçaqladı - VİDEO

582258

Moskvanın ticarət mərkəzində yeniyetmə mühafizəçini bıçaqlayıb və qaçıb. Bundan sonra o, bir neçə polis əməkdaşını da yaralayıb.

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri 112 Telegram kanalı yayıb.

Həmin gün informasiya texnologiyaları kollecinin birinci kurs tələbəsi olan 16 yaşlı Hüseyn Hacıyev axşam namazını Orexov bulvarındakı ticarət mərkəzində qılmaq istəyib.

O, xalçasını sərib ətrafdakılara heç bir fikir vermədən ibadətə başlayıb.

Tələbəni iki mühafizəçi görüb. Onlar yaxınlaşıb ondan namazı dayandırmağı xahiş ediblər. Bu, yeniyetməni qəzəbləndirib və o, mühafizəçilərədn birinin üstünə bıçaqla hücum edib və ticarət mərkəzini tərk edib. Vaxtında tibbi yardım göstərildiyi üçün mühafizəçini xilas etmək mümkün olub.

Elə həmin gün polis Hüseyni tapıb və onu saxlayarkən o, iki əməkdaşa da bıçaq xəsarətləri yetirib. Paytaxt İstintaq Komitəsi yeniyetmə barəsində cinayət işi açıb.

Saxlanılan şəxsin azərbaycanlı olduğu müəyyənləşdirilib. Məlumata görə, o, yaxınlarda valideynləri ilə birlikdə Moskva regionuna köçüb və kollecə qəbul olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO