Zelenski bu həftə Vaşinqtona getməkdən İMTİNA ETDİ

Zelenski bu həftə Vaşinqtona getməkdən İMTİNA ETDİ

Hazırda oxunan: Zelenski bu həftə Vaşinqtona getməkdən İMTİNA ETDİ

582236

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla Rusiya-Ukrayna müharibəsinin həlli planını müzakirə etmək üçün bu həftə Vaşinqtona getməkdən imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko öz telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, noyabrın 23-də Cenevrədə ABŞ-Ukrayna danışıqları başa çatdıqdan sonra ABŞ nümayəndələri Zelenskiyə Trampla görüşmək üçün bu həftə Vaşinqtona getməyi təklif ediblər.

Lakin Ukrayna prezidenti sülh planının daha da işlənib hazırlanmasının zəruriliyini əsas gətirərək səfərdən imtina edib və gələn həftə Vaşinqtona getməyi təklif edib.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt də bildirib ki, ABŞ Prezidenti Donald Trampın hazırda Volodimir Zelenski ilə görüşü planlaşdırılmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO