Avropa dövlətləri Ukrayna üzrə öz sülh planını təqdim ediblər və bu plan ABŞ-ın mövqeyindən xeyli fərqlənir.
Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Avropa ssenarisi əsas məqamlar üzrə ərazilərin statusundan tutmuş NATO-nun roluna və dondurulmuş Rusiya aktivlərinə qədər Amerikanın planı ilə ciddi şəkildə ziddiyyət təşkil edir.
London, Paris və Berlin ərazi məsələlərini müzakirə etməyi, Ukrayna Silahlı Qüvvələrinin sayının ən azı 600 min səviyyəsində saxlanılmasını və seçkilərin mümkün qədər tez keçirilməsini təklif edirlər.
Daha əvvəl planın 28-dən 19 bəndə qədər qısaldıldığ bildirilmişdi.
Bizim.Media

































































































