Taylandda qadın kremasiya olunmasına bir neçə dəqiqə qalmış “dirilib”.
Bizim.Media xəbər verir ki, bu barədə Bangkok Post yazıb.
Nəşr yazır ki, 65 yaşlı taylandlı qadın beyin xərçəngi və ağır hipoglikemiya (qan şəkərinin kəskin düşməsi) səbəbindən səhvən ölmüş elan edilib.
Məbəddə tabut açılarkən qohumlar onun nəfəs aldığını və bir az tərpəndiyini görüb, buna görə də mərasim dərhal dayandırılıb.
Qadın xəstəxanaya çatdırılıb və həkimlər onun kliniki ölüm keçirmədiyini təsdiqləyiblər.
Hər şeyə səbəb isə ölüm vəziyyətinə bənzər hal yaradan kritik dərəcədə aşağı qan şəkəri olub.
Hazırda o, sağdır və həkim nəzarəti altındadır.
Bizim.Media



































































































