Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, liderlər Ukraynadakı vəziyyət, o cümlədən ABŞ-ın nizamlama təklifləri kontekstində fikir mübadiləsi aparıblar.
Putin Rusiyanın Ukrayna böhranının siyasi və diplomatik yolla həllində maraqlı olduğunu bir daha təsdiqləyib. Rusiya lideri həmçinin qeyd edib ki, ABŞ-ın Ukrayna ilə bağlı hazırkı təklifləri nizamlama üçün əsas təşkil edə bilər.
Putin və Ərdoğan Ukrayna məsələsi ilə bağlı müxtəlif səviyyələrdə Rusiya-Türkiyə təmaslarını intensivləşdirmək barədə razılığa gəliblər. Ərdoğan danışıqlar prosesinə hər cür yardım göstərmək niyyətində olduğunu və bu məqsədlər üçün İstanbul platformasını təmin etməyə davam etməyə hazır olduğunu bildirib.
Ərdoğan Putinlə G20 sammitinə səfəri və bir neçə iştirakçı ölkənin rəhbərləri ilə görüşləri ilə bağlı təəssüratlarını bölüşüb. Putin və Ərdoğan müntəzəm təmasları davam etdirmək barədə razılığa gəliblər.
Bizim.Media































































































